...

Əhməd Davudoğlu: Suriyada kimyəvi silahın tətbiq edilməsi tam sübut olunmayıb

Siyasət Materials 11 May 2013 00:01 (UTC +04:00)
Türkiyəli mütəxəssislər ilkin tədqiqatların yekunu üzrə ölkədəki xəstəxanaların bir sıra pasiyentlərinin Suriyada kimyəvi silahın tətbiqindən zərər çəkdiyini tam əminliklə deyə bilmirlər.
Əhməd Davudoğlu: Suriyada kimyəvi silahın tətbiq edilməsi tam sübut olunmayıb

Azərbaycan, Bakı, 11 may /Trend/

Türkiyəli mütəxəssislər ilkin tədqiqatların yekunu üzrə ölkədəki xəstəxanaların bir sıra pasiyentlərinin Suriyada kimyəvi silahın tətbiqindən zərər çəkdiyini tam əminliklə deyə bilmirlər. Trend "Royter" agentliyinə istinadən məlumat verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirib.

Tədqiqatlar kimyəvi silahdan zərər çəkdikləri ehtimal olunan suriyalıların xəstəxanalara yerləşdirildiyi Türkiyədə aparılıb.

"Biz analizlər aparmışıq və kimyəvi silahdan istifadə ilə bağlı bir sıra sübutlarımız var. Lakin bunu qəti şəkildə təsdiq etmək üçün tədqiqatları davam etdirmək lazımdır", - cümə günü İndoneziyaya səfər edən Davudoğlu bildirib.

Qeyd edək ki, Suriya hakimiyyəti və müxalifəti bir-birini kimyəvi silahdan istifadədə günahlandırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti