Azərbaycan, Bakı, 15 may /Trend/
Dövlət Departamenti Rusiyadakı ABŞ səfirliyinin əməkdaşının həbs olunmasını təsdiqləyib. Trend-in İnterfaks-a istinadən verdiyi məlumata görə, bunu Dövlət Departamentinin əməkdaşı Patrik Ventrell deyib.
"Biz təsdiq edirik ki, ABŞ-ın Moskvadakı səfirliyinin əməkdaşı tutulub və qısa müddətdən sonra buraxılıb. Biz Rusiya XİN-nin açıqlamasını görmüşük, lakin hələki şərhlərimiz yoxdur" - deyə Ventrell bildirib.
Departamentin nümayəndəsi diplomatın kəşfiyyatla məşğul olması haqqında məlumatlara münasibət bildirməyib.
Ventrell vurğulayıb ki, ABŞ Rusiya ilə genişspektli əməkdaşlıq münasibətlərinə malikdir və bu bu iş diplomatik sahədə də davam etdiriləcək.