...

Azərbaycan millət vəkili AŞ PA-nın Mədəniyyət komitəsinin iclasında iştirak edəcək

Siyasət Materials 17 May 2013 19:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 may /Trend/

Azərbaycan Parlamentinin Mədəniyyət komitəsinin sədr müavini Rafael Hüseynov Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Mədəniyyət, elm, təhsil və media komitəsinin iclasında iştirak etmək üçün mayın 19-dan 23-dək Böyük Britaniyada səfərdə olacaq.

Milli Məclisin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, London şəhərində keçiriləcək toplantıda Avropada mətbuat azadlığının qorunması, mətbuatda yayılan zorakılıq materiallarının uşaqlara təsiri, bu sahədə məsuliyyət və etika, demokratik cəmiyyətdə yeni informasiya və rabitə texnologiyalarının rolu və digər məsələlər müzakirə ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti