Azərbaycan, Bakı, 20 may /Trend, müxbir M.Əliyev/
Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycanın Koreya Xalq Demokratik Respublikasından (KXDR) silah almasının mümkünlüyünə dair bir sıra KİV-də yayılan məlumatları təkzib edir. Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan XİN-in rəsmi nümayəndəsi Elman Abdullayev bildirib.
Abdullayev deyib ki, son zamanlar BMT-nin hesabatına istinadən bir sıra KİV-də Azərbaycanın guya KXDR-dən silah almasına dair məlumatlar yayılır: "Bu məlumatlar həqiqətəuyğun deyil".
O, əlavə edib ki, bu məsələ Azərbaycan tərəfindən ətraflı öyrəniləcək.
XİN, həmçinin bu informasiyanın BMT-nin hesabatında necə əks olunduğunu araşdırır.