Azərbaycan, Bakı, 21 may/Trend, müxbir E. Tariverdiyeva/
Mayın 21-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun rusiyalı həmkarı Sergey Lavrov ilə görüşü başlayıb. Bu barədə Trend-ə çərşənbə axşamı Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev deyib.
Tərəflər ikitərəfli münasibətlərin aktual məsələlərini, həmçinin iri beynəlxalq və regional problemləri müzakirə edəcəklər.
Məmmədyarovun Moskvaya səfəri mayın 21-22-dək davam edəcək.