...

"Sepah"a yeni raket buraxılış qurğuları təhvil verilib

Siyasət Materials 26 May 2013 12:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 may /Trend müxbir T.Cəfərov/

Bu gün İranın müdafiə naziri Əhməd Vəhidinin iştirakı ilə İran İslam İnqilabı Keşikçilər Korpusunun ("Sepah") Hərbi Hava Qüvvələrinə yeni raket buraxılış qurğuları təhvil verilib. Bu barədə Trend İran televiziyasının rəsmi xəbər saytı Iribnews-a istinadən məlumat verir.

Yeni qurğular uzaq mənzilli və orta mənzilli "yer-yer" tipli raketlərin buraxılması üçün nəzərdə tutulub.

Təhvil vermə mərasimində iştirak edən Vəhidi çıxışında bildirib ki, raket buraxılış qurğularının dizaynı və istehsalı strateji əhəmiyyətlidir və İran artıq bu sahədə özünü təmin edə bilir: "Yeni raket buraxılış qurğuları İran Müdafiə Nazirliyi ilə "Sepah"ın Hərbi Hava Qüvvələrinin müştərək istehsalıdır".

Təhvil verilmiş raket buraxılış qurğularının dəqiq sayı bildirilmir, lakin bəzi İran KİV-ləri onların sayının 20-yə yaxın olduğunu yazır.

Qeyd edək ki, ötən gün İran Quru Qoşunlarının komandanı, general-mayor Əhmədrza Purdəstan Quru Qoşunlarına yeni tank əleyhinə raketlər, yeni radar sistemləri və taktiki nəqliyyat vasitələrinin təhvil verildiyini demişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti