...

Hüquq müdafiəçisi: Almaniyada və Türkiyədə nümayişçilərə qarşı qeyri-adekvat güc tətbiq edilməsini pisləyirik

Siyasət Materials 1 İyun 2013 15:14 (UTC +04:00)
Etiraz aksiyalarının dağıdılması üçün ifrat və qeyri-adekvat gücün tətbiq olunması yolverilməzdir. Bu barədə Trend-ə Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli bölməsinin rəhbəri Səadət Bənənyarlı son günlər Türkiyə və Almaniyada dinc nümayişçilərə qarşı zor tətbiq edilməsinə münasibət bildirərkən deyib.
Hüquq müdafiəçisi: Almaniyada və Türkiyədə nümayişçilərə qarşı qeyri-adekvat güc tətbiq edilməsini pisləyirik

Azərbaycan, Bakı, 1 iyun /Trend, müxbir E.Mehdiyev/

Etiraz aksiyalarının dağıdılması üçün ifrat və qeyri-adekvat gücün tətbiq olunması yolverilməzdir. Bu barədə Trend-ə Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli bölməsinin rəhbəri Səadət Bənənyarlı son günlər Türkiyə və Almaniyada dinc nümayişçilərə qarşı zor tətbiq edilməsinə münasibət bildirərkən deyib: "Biz də Almaniyada və Türkiyədə nümayişlərin dağıdılması üçün qeyri-adekvat güc tətbiq edilməsini pisləyirik"

Bənənyarlı qeyd edib ki, Avropa Şurası və digər beynəlxalq təşkilatlar Rəcəb Təyyub Ərdoğan hökumətini nümayişcilərə qarşı qeyri-adekvat güc tətbiq etməməyi çağırıb: "Bu birinci dəfə deyil. Hüquq müdafiəçiləri hər zaman çağırış edib ki, Fransada, Almaniyada və Avropanın digər ölkələrdə aksiyaların dağıdılmasında qeyri-adekvat güc tətbiq olunmasın".

Bənənyarlı deyib ki, hər hansı bir mitinq üçün su şırnağından, gözyaşardıcı qazdan istifadə etməyə dəyməz: "Bunun öz metodları var. Əgər insanlar etiraz edirlərsə, hökumət onlara qulaq asmalı, dialoq aparılı və anlaşmalıdır".

Bənənyarlı əlavə edib ki, digər ölkələrə demokratiya nümunəsi göstərən ölkələrdə, o cümlədən Almaniyada da təbii ki, insan haqlarının pozulması nümunələri var və hüquq müdafiəçiləri daim Almaniya təşkilatları ilə bu məsələni müzakirə edir və öz fikirlərini çatdırırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti