...

ATGTİ “Rusiya-Azərbaycan regionlararası dialoq-2013” forumunda təmsil olunur

Siyasət Materials 5 İyun 2013 09:53 (UTC +04:00)
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) Rusiyanın Volqoqrad şəhərində keçiriləcək IV "Rusiya-Azərbaycan regionlararası dialoq - 2013" forumunda təmsil olunacaq.
ATGTİ “Rusiya-Azərbaycan regionlararası dialoq-2013” forumunda təmsil olunur

Azərbaycan, Bakı, 5 iyun /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) Rusiyanın Volqoqrad şəhərində keçiriləcək IV "Rusiya-Azərbaycan regionlararası dialoq - 2013" forumunda təmsil olunacaq.

ATGTİ-dən Trend-ə verilən məlumata görə, iyunun 5-6-da keçirilən forumda təşkilatı Azərbaycan Dövlət Neft Akademiyasının Tələbə Gənclər Təşkilatının (ADNA TGT) sədri Həbibə Sadıqlı təmsil edir.

Qeyd edək ki, forumda iştirak edən azərbaycanlı gənclərin nümayəndə heyətinə gənclər və idman nazirinin müavini İntiqam Babayev rəhbərlik edir.

Forumda hər iki ölkənin dövlət rəsmiləri, QHT nümayəndələri və başqaları iştirak edəcəklər. Forum çərçivəsində keçiriləcək dəyirmi masalarda Rusiya və Azərbaycanın gənclər sektorunun indiki vəziyyəti və gələcək inkşaf prespektivləri müzakirə olunacaq. Hər iki ölkənin dövlət gənclər siyasəti təhlil ediləcək.

Rusiya və Azərbaycan gənclərinin yaxınlaşması, yeni nəslillərarası dialoqun daha da inkşaf etdirilməsi forumun əsas məqsədlərinə daxildir.

Forumun açılışında Rusiya və Azərbaycanın dövlət başçılarının forum iştirakçılarına müraciətləri oxunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti