...

AŞ PA həmməruzəçiləri Azərbaycan siyasi partiyalarının nümayəndələri ilə görüşüblər

Siyasət Materials 11 İyun 2013 17:07 (UTC +04:00)
Bakıda səfərdə olan Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt və Cozef Debono Qrex Milli Məclisdə siyasi partiya nümayəndələri, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli ilə görüşüblər.
AŞ PA həmməruzəçiləri Azərbaycan siyasi partiyalarının nümayəndələri ilə görüşüblər

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir M.Əliyev/

Bakıda səfərdə olan Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt və Cozef Debono Qrex Milli Məclisdə siyasi partiya nümayəndələri, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli ilə görüşüblər.

Trend-in məlumatına görə, həmməruzəçilər Əli Hüseynli ilə görüşdə Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklər barədə müzakirələr aparıblar. Görüşdə, əsasən, Azərbaycanın qanunvericiliyindəki bəzi məqamların Avropa qanunlarına uyğunlaşdırılması müzakirə olunub. Həmməruzəçilər yanvar ayında Monitorinq Komitəsi tərəfindən qəbul olunan sənədin həyata keçirilməsi ilə bağlı maraqlanıblar.

Həmməruzəçilərin siyasi partiyalarla görüşündə isə parlamentdə təmsil olunan partiyalardan Yeni Azərbaycan Partiyasının icraçı katibinin müavini Mübariz Qurbanlı, Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı və Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə iştirak ediblər. Partiya nümayəndələri ilə görüş zamanı Avropaya inteqirasiya, Dağlıq Qarabağ münaqişəsi və digər məsələlər müzakirə olunub.

Görüşün davamında AŞ PA həmməruzəçiləri mətbuatın iştirakından imtina ediblər və görüş qapalı keçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti