...

Qaradağ rayonuna maliyyə vəsaiti ayrılıb

Siyasət Materials 13 İyun 2013 18:49 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhəri Qaradağ rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Qaradağ rayonuna maliyyə vəsaiti ayrılıb

Azərbaycan, Bakı, 13 iyun /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhəri Qaradağ rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Bakı şəhəri Qaradağ rayonunun Ələt və Qobustan qəsəbələri ərazisində iyirmi altı min nəfər əhalinin istifadə etdiyi ümumi uzunluğu 20,1 kilometr olan qəsəbədaxili avtomobil yollarının yenidən qurulması məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 2 milyon manatı Bakı şəhərinin Qaradağ Rayon İcra Hakimiyyətinə ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti