Azərbaycan, Bakı, 29 iyun /Trend/
Sabah İsveçrə Parlamentinin sədri Filippo Lombardinin Azərbaycana rəsmi səfəri başlayır. Bu barədə Trend-ə Milli Məclisdən məlumat verilib.
Məlumata görə, səfər çərçivəsində Filippo Lombardi Azərbaycan rəsmiləri ilə görüş keçirəcək. Görüşdə iki ölkənin parlamentləri arasında əməkdaşlığın perspektivləri müzakirə olunacaq.