Azərbaycan, Bakı, 6 iyul /Trend, müxbir E.İsmayılov/
Bu gün Azərbaycan Respublikası Dövlət Xəzər Dəniz Gəmiçiliyinin (ARDXDG) işçilərinin peşə bayramı münasibətilə təntənəli yığıncaq keçirilib.
Trend-in məlumatına görə, tədbirdə Azərbaycan dənizçiləri Prezident İlham Əliyevə müraciət ediblər.
Müraciətdə deyilir: "2013-cü il respublikamızda prezident seçkilərinin keçiriləcəyi ildir. Xalqımız Sizi alternativsiz lider kimi qəbul edir.
Biz dənizçilər gələcək seçkilərdə yalnız Sizə səs verəcəyimizi və daim bütün siyasətinizi dəstəkləyəcəyimizi əminliklə bəyan edirik.
Sizin rəhbərliyiniz altında gələcək uğurlarımızın sayının daha çox olacağına ürəkdən inanırıq və məqsədimiz də dövlət başçımızın etimadını doğrultmaq, vətənimizin iqtsadi qüdrətinin artırılması naminə əzmlə çalışmaqdır".