Azərbaycan, Bakı, 9 iyul /Trend/
Suriyanın hakim partiyası olan BƏƏS-in rəhbərliyində dəyişiklik olub. Trend-in RBK-ya istinadən verdiyi məlumata görə, partiyanın mərkəzi komitəsinin iclasının yekunlarına əsasən, ölkənin 73 yaşlı vitse-prezidenti Faruk al-Şaraa istefaya göndərilib.
Fayez Sayeq partiyasının yüksək vəzifəli şəxslərində birinin sözlərinə görə, hakim partiayadakı dəyişiklik "yeni qan" təsiri bağışlayır.
O, həmçinin, bildirib ki, hakim partiyanın mərkəzi komitəsinin iclasının günü bəlli olsa da, ölkədəki qanlı hadisələrə görə ertələnib.
Qeyd edək ki, BƏƏS 1963-cü ildən Suriyada hakimiyyətdədir.