...

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Azərbaycanda keçiriləcək prezident seçkisi ilə bağlı hesabatını açıqladı (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 13 İyul 2013 11:56 (UTC +04:00)

Təfərrüatlar əlavə edilib (İlk xəbər 10:39-da yayılıb)

Azərbaycan, Bakı, 13 iyul / Trend, müxbir S.Əhmədova /

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) Ehtiyacların Qiymətləndirilməsi Missiyasını tədqiqatları əsasında və mandatına uyğun olaraq bu ilin oktyabr ayında Azərbaycanda keçiriləcək prezident seçkilərini izləmək üçün müşahidəçi missiyası göndərməyə hazırlaşır. Trend-in məlumatına görə, bu barədə ATƏT-in rəsmi internet səhifəsində bildirilib.

Məlumatda deyilir ki, hazırda ATƏT DTİHB müşahidəçi missiyasının rəhbəri, missiya rəhbərinin müavini, politoloq, seçki, hüquq sahəsi, media üzrə analitiki və uzun müddətli müşahidəçi koordinatoru vəzifələri üzrə xarici məsləhətçilər axtarır.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Ehtiyacların Qiymətləndirilməsi Missiyasının Azərbaycanda keçiriləcək prezident seçkisi ilə bağlı hesabatı da açıqlanıb.

Hesabatda qeyd olunub ki, Azərbaycanda oktyabr ayında keçiriləcək prezident seçkilərinə ekspertlərdən ibarət əsas qrup ilə yanaşı, təşkilata üzv ölkələrdən 30 uzun müddətli və 280 qısamüddətli müşahidəçinin göndərilməsi tövsiyə edilib.

Hesabatda deyilir ki, Azərbaycanın rəsmi qurumlarının nümayəndələri bildiriblər ki, seçki prosesi şəffaf olacaq və bu prosesin keyfiyyətinin artırılması üzrə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun tərəfindən aparılan müşahidə və ya hər hansı bir tövsiyə alqışlanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti