Azərbaycan, Bakı, 18 iyul /Trend/
Ermənistan hökumətinin bu gün keçirilən iclası zamanı 2013-cü ildə prioritet məsələlər siyahısına və tədbirlər proqramına bir sıra dəyişikliklər edilib. Bu barədə Trend Ermənistan KİV-ə istinadən məlumat verir.
İclas zamanı hökumət aparatının rəhbəri, nazir Vaçe Qabrielyan bildirib ki, tədbirlər proqramına vətəndaş cəmiyyətinin fəaliyyətinin təşkili sahəsində qanunvericilik bazasının yaxşılaşdırılması, o cümlədən, sosial mənzil fondu strategiya proqramının qəbulu bəndləri əlavə olunub.
Bundan əlavə, sənəddən atom enerjisi blokunun layihələndirilməsi üzrə ilkin iş mərhələsi, həmçinin yollara xidmət göstərilməsinin yaxşılaşdırılması üzrə investisiya proqramı bəndləri çıxarılıb.