...

Azərbaycan və Fransanın xarici işlər naziri iyulun 23-də Parisdə görüşəcəklər

Siyasət Materials 19 İyul 2013 18:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 iyul /Trend, müxbir S.Ağayeva/

Azərbaycan və Fransanın xarici işlər naziri Elmar Məmmədyarov və Loran Fabius iyulun 23-də Parisdə görüşəcəklər. Trend-in məlumatına görə, bunu Azərbaycan XİN-in mətbuat katibi bu gün jurnalistlərə deyib.

E.Məmmədyarovun səfəri işgüzar xarakter daşıyır.

İki ölkənin xarici işlər naziri, ilk növbədə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini və Azərbaycan-Fransa ikitərəfli münasibətlərinin perspektivlərini müzakirə edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti