...

Rəcəb Tayyib Ərdoğan: Xarici qüvvələr Türkiyə polisini xalqın gözündə ləkələməyə çalışırlar

Siyasət Materials 25 İyul 2013 11:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 iyul /Trend, müxbir A. Tağıyeva/

Bəzi KİV-lər və xarici qüvvələr Türkiyə polisinin fəaliyyətini xalqın gözündə ləkələməyə çalışaraq polisə qarşı təbliğat aparırlar. Trend-in cümə axşamı "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan deyib.

Baş nazirin sözlərinə görə, polis Taksim meydanında baş verən hadisələr zamanı zorakılığın yayılmasına yol verməyib.

Ərdoğan bildirib: "Taksim meydanında məhz nümayişçilər tərəfindən polisə qarşı güc tətbiq edilib. Biz bəzi qüvvələrin Türkiyə polisinə böhtan atmasına yol verməyəcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti