...

ATƏT-in insan hüquqları və demokratiyaya dair konfransı Varşavada keçiriləcək

Siyasət Materials 26 İyul 2013 16:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 iyul /Trend, müxbir S.Əhmədova/

ATƏT-in insan hüquqları və demokratiyaya dair illik konfransı senytabrın 23-dən oktyarbın 4-dək Polşanın Varşava şəhərində keçiriləcək. Bu barədə Trend ATƏT-in rəsmi saytına istinadən məlumat verir.

Məlumatda deyilir ki, sözügedən konfrans ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) tərəfindən təşkil olunur.

Konfrans ATƏT-ə üzv ölkələr, tərəfdaşlar, vətəndaş cəmiyyəti, beynəlxalq təşkilatlar və ATƏT qurumları üçün insan hüquqları və demokratiya sahəsində problemlərin müzakirəsi və təcrübə mübadiləsi üçün bir platformadır.

ATƏT-in milli azlıqlar üzrə ali komissarı, ATƏT-in media azadlığı üzrə nümayəndəsi və digərləri bu tədbirdə çıxış edəcəklər.

Konfransda ATƏT məkanında təcavüzkar millətçilik və irqçiliyin qarşısının alınması, ksenofobiya və ayrı-seçkiliyə qarşı mübarizə, kişi və qadınların bərabər hüquq və azadlıqları, qadın və uşaqlara qarşı zorakılıqla mübarizə, ifadə azadlığı, azad media və informasiya, jurnalistlərin müdafiəsi, insan haqları sahəsində maarifləndirmə, insan alverinə qarşı mübarizə, qaçqın və məcburi köçkünlər, demokratiya və bu kimi digər mövzular ətrafında fikir mübadiləsi aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti