...

ABŞ və Aİ Misirdən zorakılığa son qoymağı və dinc siyasi prosesləri təmin etməyi tələb edir

Siyasət Materials 8 Avqust 2013 05:38 (UTC +04:00)
ABŞ və Avropa İttifaqı (Aİ) Misirdən ölkədə zorakılığa son qoymağı və dinc siyasi prosesləri təmin etməyi tələb edir.
ABŞ və Aİ Misirdən zorakılığa son qoymağı və dinc siyasi prosesləri təmin etməyi tələb edir

Azərbaycan, Bakı, 8 avqust /Trend/

ABŞ və Avropa İttifaqı (Aİ) Misirdən ölkədə zorakılığa son qoymağı və dinc siyasi prosesləri təmin etməyi tələb edir. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-ın dövlət karibi Con Kerri və Aİ-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştonun birgə bəyanatında deyilir.

Bəyanatda bildirilir: "Biz daim zorakılığın əleyhinə çıxış edirik, qeyri-zorakı etiraz hüququnu dəstəkləyirik və anlayırıq ki, Misirdə yalnız dinc siyasi proses vasitəsilə tərəqqi əldə etmək olar".

Qeyd olunur ki, tərəflər hökumətin və müxalifət liderlərinin təhlükəli durğunluğu aradan qaldırmaq və etimadın bərpası üzrə gözəçarpan tədbirlərin həyata keçirilməsini razılaşdırmaq üçün hələ də yol tapa bilməməsindən narahat və məyusdurlar.

Bəyanatda deyilir: "Misir hökuməti bu prosesə başlamağa görə xüsusi məsuliyyət daşıyır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti