...

Azərbaycanda daha bir nəfərin prezidentliyə namizədliyi təsdiq edilib, iki nəfər isə seçki sənədlərini MSK-ya təqdim edib (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 27 Avqust 2013 16:29 (UTC +04:00)
Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Yeni Azərbaycan Partiyası tərəfindən Mərkəzi Seçki Komissiyasına təyin edilmiş məşvərətçi səs hüquqlu üzv təsdiq edilib.
Azərbaycanda daha bir nəfərin prezidentliyə namizədliyi təsdiq edilib, iki nəfər isə seçki sənədlərini MSK-ya təqdim edib (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 27 avqust /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Yeni Azərbaycan Partiyası tərəfindən Mərkəzi Seçki Komissiyasına təyin edilmiş məşvərətçi səs hüquqlu üzv təsdiq edilib.

Trend-in məlumatına görə, MSK sədri Məzahir Pənahovun sədirliyi ilə keçirilən iclasda YAP üzvü, Milli Məcilisin deputatı Aydın Mirzəzadə YAP-ın məşvərətçi səs hüquqlu üzvü seçilib.

Daha sonra öz təşəbbüsü ilə namizədliyini irəli sürən İlqar Məmmədovun prezidentliyə namizədliyi təsdiq edilib.

Həmçinin iclasda İlqar Məmmədovun səlahiyyətli nümayəndələri qeydə alınıb.

Daha sonra iclasda 105 saylı Tovuz seçki dairəsi dairə seçki komissiyasının tərkibinə dəyişiklik edilib.

M.Pənahov qeyd edib ki, prezidentliyə namizədlikəri təsdiq olunmaq üçün öz təşəbbüsləri ilə Quliyev Rauf və Rüstəmbəyli İbrahim seçki sənədlərini MSK-ya təqdim edib.

M.Pənahov əlavə edib ki, seçki sənədlərini MSK-ya təqdim edən Əli İsa Ağayevli ərizə ilə müraciət edərək sənədlərini geri götürüb.

MSK sədri onu da əlavə edib ki, seçkiləri müşahidə etmək üçün indiyə qədər 341 nəfər MSK-ya müraciət edib.

Qeyd edək ki, indiyə qədər seçki sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim edən prezidentliyə namizədlərin sayı 18-dir. Bunlar Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyev, Azadlıq Partiyasından partiyanın sədri Əhməd Oruc, Vətəndaş və İnkişaf Partiyasından partiyanın sədri Əli Əliyev, Azərbaycan Liberal Demokrat Partiyasından partiyanın sədri Fuad Əliyev, Ümid Partiyasının sədri İqbal Ağazadə, Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, öz təşəbbüsü ilə namizədliyini irəli sürən hüquqşünas İlqar Məmmədov (İlqar Altay), Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev, öz təşəbbüsü ilə namizədliyini irəli sürən deputat Zahid Oruc, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Şərq-Qərb Araşdırmalar Mərkəzinin direktoru Ərəstun Oruclu, öz təşəbbüsü ilə namizədliyini irəli sürən Elşən Həsənov və öz təşəbbüsü ilə namizədliyini irəli sürən İsmayıl Yusifov, Qüdrət İsaqov, Ədalət Partiyasından partiyanın sədri İlyas İsmayılov və namizədliyi özü tərəfindən irəli sürülən İlqar Məmmədov, Milli Şuranın təşəbbüs qrupu tərəfindən namizədliyi irəli sürülən Rüstəm İbrahimbəyovdur.

16 nəfərin - Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyevin, Azadlıq Partiyasının sədri Əhməd Orucun, hüquqşünas İlqar Məmmədovun (İlqar Altay), Ümid Partiyasının sədri İqbal Ağazadənin, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyevin, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadənin və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyevin, Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyevin, öz təşəbbüsü ilə namizədliyini irəli sürən deputat Zahid Orucun, Qüdrət İsaqovun, İsmayıl Yusifovun, Elşən Həsənovun, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevin, Şərq-Qərb Araşdırmalar Mərkəzinin direktoru Ərəstun Oruclunun, Ədalət Partiyasının sədri İlyas İsmayılovun prezidentliyə namizədlikləri MSK-nın əvvəlki iclaslarında təsdiq edilib.

Xatırladaq ki, Azərbaycan Respublikasının prezidentliyinə namizədlərin irəli sürülməsi prosesinə start verilib.

Seçki Məcəlləsinə görə, prezidentliyə namizədlərin irəli sürülməsini aktiv (passiv) seçki hüququ olan vətəndaşlar, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları həyata keçirə bilərlər.

MSK prezident seçkilərinin oktyabrın 9-da keçirilməsi barədə qərar qəbul edib. Sonuncu prezident seçkiləri 2008-ci il oktyabrın 15-də keçirilib. Azərbaycanda hər beş ildən bir prezident seçkiləri keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti