...

Misir Suriya münaqişəsinin hərbi həllini qəbul etmir

Siyasət Materials 27 Avqust 2013 21:38 (UTC +04:00)
Misir Suriya haqqında qətnaməni dəstəkləyir, amma münaqişənin hərbi həllini qəbul etmir. Trend-in RİA Novostiyə istinadən verdiyi məlumata görə, bunu Misirin XİN rəhbəri Nabil Fəxmi deyib.
Misir Suriya münaqişəsinin hərbi həllini qəbul etmir

Azərbaycan, Bakı, 27 avqust /Trend/

Misir Suriya haqqında qətnaməni dəstəkləyir, amma münaqişənin hərbi həllini qəbul etmir. Trend-in RİA Novostiyə istinadən verdiyi məlumata görə, bunu Misirin XİN rəhbəri Nabil Fəxmi deyib.

"Suriya münaqişəsinin hərbi həlli mövcud deyil. Yeganə yol siyasi həlldir" - deyə Fəxmi bildirib.

Onun sözlərinə görə, Misir münaqişənin siyasi həllini "Cenevrə-2" danışıqları əsasında görür.

"Siyasi həll qarşılıqlı anlaşma və razılıq ilə olmalıdır. Əks təqdirdə insan itkilərinin sayı durmadan artacaq" - deyə Fəxmi əlavə edib.

Xəbər lenti

Xəbər lenti