...

ATƏT/DTİHB-in Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə missiyasının proqramı açıqlandı

Siyasət Materials 29 Avqust 2013 10:01 (UTC +04:00)
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ATƏT/DTİHB) Azərbaycanda keçiriləcək prezident seçkilərini izləməyə gələn seçkiləri müşahidə missiyasının əsas heyətinə 13 nəfər daxildir.
ATƏT/DTİHB-in Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə missiyasının proqramı açıqlandı

Azərbaycan, Bakı, 29 avqust / Trend, müxbir S.Əhmədova /

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ATƏT/DTİHB) Azərbaycanda keçiriləcək prezident seçkilərini izləməyə gələn seçkiləri müşahidə missiyasının əsas heyətinə 13 nəfər daxildir. Trend-in məlumatına görə, bu barədə ATƏT/DTİHB Azərbaycanda keçiriləcək seçkiləri müşahidə missiyasının proqramında bildirilir.

Proqramda qeyd olunur ki, əsas heyətə missiyanın rəhbəri italyan Tana de Zulueta, missiyanın rəhbərinin köməkçisi danimarkalı Harald Hartvig Jepsen, rusiyalı politoloq Vadim Zhdanoviç, ispanyalı seçki analitiki Adolfo Cayuso Martinez, moldovalı seçki analitiki Pavel Cabacenco, amerikalı hüquq üzrə analitik Megan McCabe Fitzgerald, Almaniyalı media analitiki Elma Şehalic, Serbiyalı uzunmüddətli müşahidəçilərin koordinatoru Maşa Yanyuşeviç, Polyak əməliyyat mütəxəssisi Pavel Kristof Jurczak, Moldovalı təhlükəsizlik mütəxəssisi Valeriu Mija, Serbiyalı parlament əlaqələndiricisi Saşa Pokrayaç, Gürcü Təchizat və Podratçılıq üzrə Menecer Lela Tsaava, Moldovalı maliyə meneceri Roman Railean daxildir.

Proqramda qeyd olunur ki, ölkəyə 30 uzunmüddətli və 280 qısa müddətli müşahidəçilər gələcək.

Proqrama əsasən, uzunmüddətli müşahidəçilər sentyabrın 9-da, qısamüddətli müşahidəçilər isə oktyabrın 5-də Bakıya gələcək. Uzunmüddətli müşahidəçilərin ölkə üzrə bölüşdürülməsi senytabrın 11-ə, qısamüddətli müşahidəçilərin ölkə üzrə bölüşdürülməsi isə oktyabrın 7-ə planlaşdırılıb.

Proqramda o da qeyd olunur ki, uzunmüddətli müşahidəçilərin brifinqi senytabrın 10-11-ə, qısamüddətli müşahidəçilərin brifinqi isə oktyabrın 6-a planlaşdırılır. Oktyabrıb 8-də qısamüddətli müşahidəçilər müşahidə yerləri ilə tanış olacaq. İlkin rəylər və nəticələr barədə mətbuat konfransının oktyabrın 10-da keçirilməsi planlaşdırılır.

Proqramda qeyd olunur ki, qısamüddətli müşahidəçilər oktyabrın 11-də, uzunmüddətli müşahidəçilər oktyabrın 15-də, əsas heyət isə oktyabrın 19-da ölkəni tərk edəcək.

Qeyd edək ki, Azərbaycanda prezident seçkisi oktyabrın 9-da keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti