...

Salyan Rayon İcra Hakimiyyətinin yeni inzibati binası istifadəyə verilib (FOTO)

Siyasət Materials 4 Sentyabr 2013 13:17 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 4-də Salyan Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının açılışında iştirak edib.
Salyan Rayon İcra Hakimiyyətinin yeni inzibati binası istifadəyə verilib (FOTO)

Azərbaycan, Bakı, 4 sentyabr /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 4-də Salyan Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının açılışında iştirak edib.

Dövlətimizin başçısına məlumat verildi ki, binanın tikintisinə 2011-ci ilin dekabrında başlanılmış, inşaat işləri ötən ilin avqustunda başa çatdırılmışdır. Binanın ərazisi 1800, tikintialtı sahəsi isə 1044 kvadratmetrdir. Üçmərtəbəli binanın foyesində ulu öndər Heydər Əliyevin büstü qoyulmuşdur. Burada Ümummilli Liderin və Prezident İlham Əliyevin Salyan rayonuna səfərlərini əks etdirən fotoşəkillərdən ibarət guşələr yaradılmışdır.

Binanın birinci mərtəbəsində 11 xidməti, vətəndaşların qəbulu və xüsusi rabitə otaqları vardır. İkinci mərtəbədə şəhər və kənd inzibati ərazi nümayəndələri ilə canlı videobağlantı üçün operativ idarəetmə mərkəzi və 292 yerlik iclas zalı yaradılmışdır. Binanın üçüncü mərtəbəsində isə ali qonaq otağı və 10 iş otağı yerləşir. İnzibati binada işçilərin səmərəli iş şəraiti ilə təmin olunmaları üçün bütün imkanlar yaradılmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti