...

Əli Əliyev və İlqar Məmmədovun prezidentliyə namizədliyi qeydə alınmadı

Siyasət Materials 13 Sentyabr 2013 16:19 (UTC +04:00)
Mərkəzi Seçki Komissiyasının cümə günü keçirilən iclasında Əli Əliyev və İlqar Məmmədovun prezidentliyə namizədliyi qeydə alınmayıb.
Əli Əliyev və İlqar Məmmədovun prezidentliyə namizədliyi qeydə alınmadı

Azərbaycan, Bakı, 13 sentyabr /Trend, müxbir E.Mehdiyev/

Mərkəzi Seçki Komissiyasının cümə günü keçirilən iclasında Əli Əliyev və İlqar Məmmədovun prezidentliyə namizədliyi qeydə alınmayıb.

Trend-in məlumatına görə, iclasda qeyd olunub ki, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin namizədliyinin qeydə alınması üçün MSK-ya təqdim olunan 42,634 imzadan 5,571-i etibarsız hesab olunduğundan onun üçün toplanan imzaların yoxlanması prosesi dayandırılıb və onun namizədliyinin qeydə alınması üçün hüquqi əsaslar aşkar olunmayıb.

Bundan başqa, öz təşəbbüsü ilə prezidentliyə namizədliyini irəli sürən İlqar Məmmədovun da namizədliyi qeydə alınmayıb. Belə ki, o, 41,247 ədəd imza təqdim edib ki, bunlardan da 4,982 səs etibarsız sayılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti