...

İran Astara limanında sahil mühafizə doku inşa edəcək

Siyasət Materials 15 Sentyabr 2013 14:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 sentyabr /Trend, müxbir F.Kərimov/

İran Xəzər dənizi sahilində yerləşən Gilan vilayətində, Astara limanında sahil mühafizə doku inşa edəcək. Trend-in İSNA agentliyinə istinadən verdiyi məlumata görə, bunu Astaranın qubernatoru Keyvan Asadpur deyib.

"Dokun inşası üçün təxminən, 2.5 milyard rial ($ 100 000) xərclənib" - deyə o bildirib.

Onun sözlərinə görə, dok patrul gəmiləri üçün yan alma məntəqəsi olacaq.

Qeyd edək ki, Astara limanı aprel ayında açılıb. Şəxsi liman kimi Astaranın yük qəbuletmə və göndərmə gücü 3 milyon tona bərabərdir.

Layihənin 300 milyard riallıq ($ 24,5 milyon) ilkin mərhələsi başa çatdırılıb. Növbəti mərhələlərin reallaşdırılması üçün isə təxminən, 750 milyard rial investisiya yatırılacaq.

Bir müddət öncə İranın liman dənizçilik təşkilatının direktoru Ataolla Sadr bildirmişdi ki, ölkəsinin 14 limanı var və onlardan 4-ü Astara da daxil olmaqla, Xəzərin sahilində yerləşir.

"Limanın əsas məqsədi Xəzəryanı ölkələrlə qarşılıqlı kommersiya əlaqələrinin genişləndirilməsidir" - deyə Sadr əlavə edib.

Xəbər lenti

Xəbər lenti