Azərbaycan, Bakı, 1 oktyabr /Trend/
Yunanıstan hökuməti sentyabrın 29-da liderləri həbs olunmuş "Qızıl sübh" ultrasağ partiyasının fəaliyyətini qadağan etmək niyyətindədir. Trend-in RBK-ya istinadən verdiyi məlumata görə, bunu ölkənin baş naziri Antonis Samaras bildirib.
Nyu-Yorkda çıxış edən baş nazir deyib ki, demokratik dünyada neonasistlərə yer yoxdur və o, Yunanıstanın belə qüvvələrdən təmizlənməsinə çalışacaq.