...

MSK sədri: Azərbaycanlı zəvvarların Səudiyyə Ərəbistanda səs vermələri üçün razılıq alınmaq ərəfəsindədir

Siyasət Materials 2 Oktyabr 2013 13:12 (UTC +04:00)
Azərbaycanlı zəvvarların Səudiyyə Ərəbistanda səs vermələri üçün razılıq alınmaq ərəfəsindədir.
MSK sədri: Azərbaycanlı zəvvarların Səudiyyə Ərəbistanda səs vermələri üçün razılıq alınmaq ərəfəsindədir

Azərbaycan, Bakı, 2 oktyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan zəvvarlarının Səudiyyə Ərəbistanda Azərbaycanda keçiriləcək prezident seçkilərində səs vermələri üçün razılıq alınmaq ərəfəsindədir. Trend-in məlumatına görə, bunu çərşənbə günü Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Bakıda Müstəqil Mətbuat Mərkəzinin açılışında bildirib.

M.Pənahov bildirib ki, zəvvarların səsvermədə iştirakı diqqət mərkəzindədir: "Lakin Səudiyyə Ərəbistanın qanunlarına görə, rəsmi icazə olmasa, heç bir yerdə siyasi fəaliyyətlə məşğul olmaq olmaz. Səsvermə keçirilməsi ilə bağlı razılıq alınmaq ərəfəsindədir. Razılıq əldə olunsa, ziyarətdə olan şəxslər də səs verə biləcəklər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti