Sumqayıtda "Sağlam qida" aqrar-sənaye kompleksi istifadəyə verilib (FOTO)

Sumqayıtda "Sağlam qida" aqrar-sənaye kompleksi istifadəyə verilib (FOTO)

Azərbaycan, Bakı, 3 oktyabr /Trend/

Oktyabrın 3-də Sumqayıtda "Sağlam qida" aqrar-sənaye kompleksi istifadəyə verilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev kompleksin açılışında iştirak etmişdir.

İqtisadi İnkişaf naziri Şahin Mustafayev məlumat verdi ki, bu iqtisadi qurum Sumqayıtın sənaye zonasında 7 hektar ərazidə istehsal və xidmət sahələrini əhatə edən 3 iri müəssisədən ibarət müasir aqrar-sənaye kompleksidir. Respublika əhəmiyyətli belə böyük bir aqrar sənaye kompleksinin yaradılması dövlətin güzəştli kreditlərindən istifadə edilməklə həyata keçirilmişdir. Bu cür mühüm iqtisadi obyektlərin istifadəyə verilməsi, ilk növbədə, vətəndaşların keyfiyyətli ərzaq məhsulları ilə təmin edilməsi istiqamətində vacib addımlardandır. Belə komplekslərin yaradılması həm də özəl sektorun inkişafına ölkədə göstərilən qayğının əyani təsdiqidir.

Diqqətə çatdırıldı ki, kompleksin tərkibinə çörək istehsalı zavodu, taxıl anbarı, un dəyirmanı kompleksi, həmçinin qida məhsullarının saxlanılması, daşınması və satışı üzrə logistik mərkəz daxildir.

Kompleksin çörək istehsalı zavodunun foyesində ümummilli lider Heydər Əliyevin Sumqayıta səfərlərini əks etdirən fotolardan ibarət stend yaradılmışdır.

Dövlətimizin başçısı müəssisəni işə saldı.

Bildirildi ki, dəyəri 28, 9 milyon manat olan çörək zavodunun yaradılmasına İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 10 milyon manat güzəştli kredit ayrılmışdır. Ərzaq təhlükəsizliyinin və əhalinin keyfiyyətli çörək məhsulları ilə təmin edilməsi məqsədilə zavod Almaniyanın bu sahədə böyük təcrübəyə malik şirkətinin son texnologiyası əsasında qurulmuşdur.

Gündəlik istehsal gücü 150 ton olan çörək zavodunda məhsul hazırlanması prosesi tam avtomatlaşdırılmışdır. İstehsalın hər bir mərhələsinə ayrı-ayrılıqda nəzarət sistemi tətbiq olunur ki, bu da sanitar-gigiyenik normalara əməl olunmaqla çox yüksək keyfiyyət standartlarına cavab verən çörək məhsullarının əldə edilməsinə imkan verir. Yeni texnologiyanın tətbiqi məhsulun maya dəyərinin formalaşmasında xüsusi çəkisi olan enerji xərclərinin azalmasına imkan yaradır. Bu da istehlakçılara keyfiyyətcə yüksək və aşağı qiymətlərlə çörək məhsullarının təqdim edilməsinə şərait yaradır. Çörəkbişirmə xətlərində tətbiq edilən elektron müşahidə və keyfiyyətə nəzarət sistemi istehsalın müxtəlif mərhələlərində standartlara uyğun gəlməyən çörəyin müəyyən edilməsinə və xətdən dərhal çıxarılmasına imkan verir. Zavodda dörd çörəkbişirmə və bir müxtəlif növ un məmulatlarının istehsalı xətləri, xüsusi növ çörəklərin bişirilməsi üçün altı soba quraşdırılmışdır. Beləliklə, burada 45 çeşiddə 12 növ çörək məhsulları və un məmulatları istehsal olunacaqdır. Çörək məhsulları qablaşdırılaraq "Çörəkçi" brendi altında satışa çıxarılacaqdır. Məmulatların Sumqayıt, Bakı şəhərlərinə və respublikanın digər rayonlarına çatdırılması üçün 40 xüsusi nəqliyyat vasitəsi alınmışdır.

Prezident İlham Əliyevə dövlətin güzəştli kreditləri hesabına maliyyələşdirilmiş çörək istehsalı zavodları barədə də məlumat verdi. Bildirildi ki, bu məqsədlə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ümumi dəyəri 84,6 milyon manat, gündəlik istehsal gücü 693 ton olan 25 çörək zavodunun tikintisinə və ən müasir texnologiya və avadanlıqla təchiz edilməsinə 31,1 milyon manat güzəştli kredit verilmişdir. Türkiyə, Almaniya, Çexiya və digər ölkələrin müasir texnologiya və avadanlığı əsasında qurulmuş, gündəlik istehsal gücü 610 ton olan 18 çörək zavodu artıq istifadəyə verilmişdir. Ən müasir texnologiya və avadanlığın tətbiqinə əsaslanan belə zavodların fəaliyyətə başlaması istehlakçıları tələbata tam cavab verən yüksək keyfiyyətli çörək və çörək məhsulları ilə təmin etməyə imkan verir.

Sonra Prezident İlham Əliyev aqrar-sənaye kompleksinin tərkibinə daxil olan taxıl anbarı və dəyirman kompleksini işə saldı.

Məlumat verildi ki, buradakı taxıl anbarı və un dəyirmanı Türkiyənin aparıcı şirkətinin texnologiyası əsasında qurulmuşdur. Dəyəri 10 milyon manat olan taxıl anbarı və dəyirman kompleksinin tikintisinə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 6 milyon manat güzəştli kredit ayrılmışdır. Taxıl məhsullarının tədarükü və saxlanması üçün hər birinin tutumu 4 min ton olan 6 anbar inşa olunmuşdur. Anbarda quraşdırılmış təmizləmə və qurutma sistemləri tədarük olunacaq taxıl məhsullarının itkisiz və uzun müddət ərzində saxlanmasına imkan verir. Kompleksin tərkibində taxıl anbarının olması xammal bazasının yaradılması baxımından əhəmiyyətli rola malikdir. Taxıl anbarı kompleksə daxil olan un dəyirmanı və çörək zavodunun fasiləsiz fəaliyyətini təmin edir. Gündəlik istehsal gücü 250 ton olan dəyirman kompleksində ən son texnologiya sayılan quru təmizləmə sisteminin tətbiqi digər ənənəvi dəyirmanlardan fərqli olaraq daha geniş həcmdə və əla, birinci və ikinci növ keyfiyyətli un istehsalına tam şərait yaradır.

Dövlətimizin başçısına məlumat verildi ki, ölkə daxilində və ölkədən kənarda istehsal olunan məhsulların müştərilərin tələblərinə istəklərinə uyğun olaraq keyfiyyətini itirmədən, təhlükəsiz şəkildə uzun müddət saxlanması və istehlakçılara çatdırılması üçün burada logistika mərkəzi də yaradılmışdır. Dəyəri 8 milyon manat olan və qida məhsullarının saxlanılması, daşınması və satışı üzrə ən müasir texnologiyalara əsaslanan logistika mərkəzinin yaradılmasına da Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 5 milyon manat güzəştli kredit verilmişdir. Bu mərkəzin tərkibinə tutumu 5 min ton olan soyuducu və 4 min tonluq quru anbarlar, beynəlxalq yük daşımalarını həyata keçirən nəqliyyat vasitələri üçün dayanacaq meydançası daxildir. Soyuducu anbar İtaliyanın tanınmış şirkətinin avadanlığı ilə təchiz olunmuşdur. Logistika mərkəzində sifarişlərin qəbulu, məhsulların qeydiyyat və uçotunun aparılması, anbarlama, çeşidləmə, qablaşdırma, daşıma və digər xidmətlərin göstərilməsi həyata keçirilir. Mərkəzləşdirilmiş idarəetmə sisteminin tətbiqi müştərilərə qısa zamanda keyfiyyətli xidmətlərin göstərilməsinə imkan verir. Yük daşımalarının həyata keçirilməsi üçün isə müxtəlif tonnajlı 75 nəqliyyat vasitəsi alınmışdır. Beləliklə, bu mərkəzin qurulması yerli istehsalçıların öz məhsullarının xarici bazarlara az məsrəflə və qısa müddətdə çıxarılmasını stimullaşdıracaqdır.

Diqqətə çatdırıldı ki, xammal bazasının təmin edilməsi məqsədilə kompleksin inkişaf planında müasir suvarma sistemlərinin tətbiq edilməsi respublikanın müxtəlif rayonlarında özəl taxılçılıq təsərrüfatlarının yaradılmasını nəzərdə tutur.

Qeyd edildi ki, kompleksdə inşa olunan inzibati və yardımçı binalarda əmək kollektivi üçün iş otaqları, tədris və iclas zalları, yeməkxana və digər zəruri şərait yaradılmışdır. Aqrar-sənaye kompleksində 600-dək yeni iş yeri yaradılmışdır.

Övladınızın intihar səbəbi olmayın - AzTV (VİDEO)
Övladınızın intihar səbəbi olmayın - AzTV (VİDEO)
COVAX təşəbbüsü çərçivəsində ölkələrin müvafiq peyvəndlə təmin olunmasına dair verilən vədə əməl edilməyib - Agentlik
COVAX təşəbbüsü çərçivəsində ölkələrin müvafiq peyvəndlə təmin olunmasına dair verilən vədə əməl edilməyib - Agentlik
Hansısa bir məktəbdə koronavirusa yoluxma olarsa, bütün tədris müəssisələri qapanmalı deyil - Ekspert
Hansısa bir məktəbdə koronavirusa yoluxma olarsa, bütün tədris müəssisələri qapanmalı deyil - Ekspert
Loading Bars
Xəbər lenti
Övladınızın intihar səbəbi olmayın - AzTV (VİDEO)
Bakıda yaşayış binasında yanğın olub, bir nəfər xilas edilib
COVAX təşəbbüsü çərçivəsində ölkələrin müvafiq peyvəndlə təmin olunmasına dair verilən vədə əməl edilməyib - Agentlik
"SOCAR Turkey" IBM-in bulud texnologiyasından istifadə edəcək
Hansısa bir məktəbdə koronavirusa yoluxma olarsa, bütün tədris müəssisələri qapanmalı deyil - Ekspert
Azad edilmiş ərazilərdə torpaq sahələrinin inventarlaşdırılması başa çatıb
İşğaldan azad olunan ərazilərlə bağlı İqtisadi məsələlər üzrə İşçi Qrupun növbəti iclası keçirilib
Dövlətimizin vaxtında gördüyü tədbirlər nəticəsində ermənilərin təxribatı iflasa uğradı - Komitə sədrinin müavini
"Android" Azərbaycanın əməliyyat sistemi bazarında liderdir
COVAX təşəbbüsü əhəmiyyətini itirir: Ədalətsizlik və qeyri-bərabərlik...
Van Qoqun rəsminin eskizi rekord qiymətə satıldı
İordaniyadakı Azərbaycan diasporu Xocalı soyqırımı qurbanlarını yad edib
Ukrayna telekanalı Prezident İlham Əliyevin mətbuat konfransı barədə xüsusi reportaj yayımlayıb (FOTO/VİDEO)
Vətən müharibəsinin qəhrəmanlarından olan Camal Alxasova təqaüd kartı təqdim edilib (FOTO)
Perm şəhərində Xocalıya ədalət tələb edilib
Əfv komissiyası bu gün 100-dən artıq müraciətə baxıb
Füzuli rayonunun Üçbulaq kəndi (FOTO/VİDEO)
Almaniya və Niderlanddakı diaspor təşkilatları Xocalı soyqırımı ilə bağlı videokonfrans təşkil edib
Nyu-Yorkdakı Sultan Eyyub məscidində Xocalı soyqırımı qurbanları yad edilib (FOTO)
Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması barədə sərəncam verildi
Kür çayının daşması nəticəsində zərər görən evlərə qaz verildi (FOTO)
Qlobal Jurnalistlər Şurasının sədri Mətbuat Şurasında olub (FOTO)
Beynəlxalq Qoşulmama Hərəkatı Modeli Simulyasiya Məşğələsi keçirilir - XİN
Martın 3-nə USD/AZN rəsmi məzənnəsi
Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yenilənmiş SİYAHISI
Hərbi qulluqçuların maaşları artırıldı - RƏSMİ
"Azərpoçt"a yeni baş direktor təyin olunub
Vilyam Hacıyevin həbs müddəti uzadıldı
Ləğv edilən aviabiletlər yenidən təxsis ediləcək - AZAL
Bakıda dələduzluqda təqsirləndirilən saxta "general" azadlığa buraxılıb
Almaniya şirkətləri Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında iştirak imkanlarını nəzərdən keçirir
Qanunsuz balıqçılıq göllərini harada gəldi yaradırlar - Nazirlik
Quş qripi xəstəliyinin Azərbaycanda yayılma riski artıb - AQTA (FOTO)
Azercell müştəri təcrübəsinin idarə edilməsinə görə yeni mükafat qazanıb
Türkiyəli mütəxəssislər Qarabağda AzTV ilə birgə film çəkəcək
Yaponiya portalı ermənilərin Azərbaycan torpaqlarında törətdikləri dağıntılar barədə videoreportaj hazırlayıb (FOTO)
Prezident İlham Əliyevin mətbuat konfransında səsləndirdiyi fikirlər İtaliya mediasının da diqqət mərkəzində olub (FOTO)
Magistraturaya qəbul imtahanının nəticələri elan olundu
Pay torpaqlarında aparılan tikintilərlə bağlı nazirlikdən XƏBƏRDARLIQ
“Muğanbank” ASC fəaliyyətini müsbət dinamika ilə davam etdirir
Fərdi ovçuluq təsərrüfatlarının yaradılması üçün lisenziya lazımdır - Nazirlik
Bakıda 55 min manatlıq dələduzluq edən ata-oğula cinayət işi başlandı
Unibank filialı yeni konseptdə və yeni ünvanda (FOTO)
“AzerGold”un “Çovdar” Filiz Emalı Sahəsində Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib (FOTO)
Meşələrin sərhədləri dəqiqləşdiriləcək
Yoluxma artdı, karantin rejimi yenidən sərtləşdiriləcək? - AÇIQLAMA
Prezident İlham Əliyevin istismara verdiyi Ro-Pax tipli gəmi-bərədən REPORTAJ
Sarkisyan Baş Qərargah rəisinin istefasını ikinci dəfə imzalamadı
Özünüməşğulluğun təşkilinə Həmkarlar İttifaqları Konfederasiyası 200 min manat vəsait ayıracaq
Şəhid polisin övladı Şuşa polis şöbəsində vəzifəyə təyin olundu
Rusiya kosmodromundan avadanlıq oğurlanıb
Türkiyənin dəstəyini sadəcə Vətən müharibəsində deyil, bütün tarix boyu hiss etmişik - Anar Kərimov
Azərbaycan Ali Hərbi Məktəbinin yaradılmasının 103-cü ildönümü qeyd olunub (FOTO/VİDEO)
Azərbaycan və Tacikistanın turizm əlaqələri müzakirə edilib
Daha bir şəhidin yeni doğulan övladının adına 5000 AZN-lik hesab açılacaq (FOTO)
Ukrayna kanalında Xocalı soyqırımına dair xüsusi reportaj yayımlanıb (FOTO/VİDEO)
26 müəssisədə kobud qanun pozuntusu aşkarlandı
Elvüsal Məmmədovun “İzahlı İslam fəlsəfəsi terminləri lüğəti” nəşr olunub
Yaponiyanın JIJI PRESS agentliyi Azərbaycanın işğaldan azad edilmiş ərazilərində başlamış quruculuq işlərindən yazıb (FOTO)
Misir nəşri: Müharibə cinayəti törədən Ermənistan minalanmış ərazilərin xəritəsini Azərbaycana vermək istəmir
İki ayda qeyri-neft-qaz sektorundan əlavə daxilolmalar 84,7 milyon təşkil edib - Nazir
Sumqayıtda şəhid ailələri və veteranlarla görüş keçirilib (FOTO)
İqlim dəyişikliyi, su ehtiyatlarının azalması səhralaşmanın genişlənməsinə səbəb olub - Direktor
Əfv komissiyasının iclası keçirilir
Ərdoğan Qarabağ zəfəri və Xocalı qətliamı barədə serial çəkilməsini tapşırıb
Azərbaycan süni intellekt üzrə Komitənin 4-cü iclasında təmsil olunub
Binəqədidə ağacları kəsərək bina tikən şirkət rəhbəri məhkəməyə verildi
İranda sutka ərzində 8,5 min nəfər koronavirusa yoluxub, 86 nəfər ölüb
Rəqəmsal texnologiyaların tətbiq olunması TRACECA dəhlizinin cəlbediciliyini artıracaq (MÜSAHİBƏ)
Yeni Zelandiyada Xocalı soyqırımı ilə bağlı məlumatlandırma aksiyası keçirilib (FOTO)
Bakı, Sumqayıt və Abşeron üzrə pensiyaların ödənilmə tarixi açıqlandı
Azərbaycanda koronavirusa yoluxanların sayı 300-ü keçdi
Berlində Xocalı soyqırımı qurbanlarının anım guşəsi yaradılıb (FOTO)
"CoronaVAC" peyvəndi koronavirusa görə ölümdən 100 faiz qoruyur - İnfeksionist
Azərbaycan iqtisadi azadlığa görə Avropa ölkələri arasında birinci olub
Paşinyana dörd cinahdan hücum: Ermənistan vətəndaş müharibəsi ilə üz-üzə...
Bakıda ilk bio-smart avtobus dayanacağı quraşdırılıb (FOTO/VİDEO)
Rusiyada 60-a yaxın şagird zəhərlənib
"Filoloji elmlər innovativ tədqiqatlar kontekstində" adlı beynəlxalq konfransın materialları toplu şəklində çap edilib
Bostonda Xocalı soyqırımı ilə bağlı "səssiz" aksiya keçirilib (FOTO)
Nazirlikdən məktəblərdə dərslərin dayandırılacağı iddiaları ilə bağlı AÇIQLAMA
Ölkədə vaksinasiyadan keçənlərin sayı açıqlanıb
Sabah külək güclənəcək - Xəbərdarlıq
Prezidentin mətbuat konfransı erməni faşizmini göstərmək üçün uğurlu imkan idi - Deputat
Strasburqun Kleber meydanında şamlarla Xocalıya görə şamlar yandırılıb (FOTO)
87 şəhid və qazi ailəsi üzvü təhsil müəssisələrinə işə qəbul olunub
Türkiyə ilə birgə Vətən müharibəsi haqqında film çəkmək niyyətindəyik - Nazir
Bu il Formula 1 Azərbaycan Qran Prisində TV və radio jurnalistləri akkreditasiyadan keçirilməyəcək
Türkiyənin türkdilli ölkələrə ixracı artıb
Nant şəhərindəki "Qarabağ" məktəbində Xocalı soyqırımına aid dərs keçirilib (FOTO)
Formula 1 Azərbaycan Qran Prisi daha 1 il uzadılır
“Mühəndislər üçün biznes təhsili” layihəsinin növbəti kursuna start verilib
Bakıda narkotik alverçisi 3 kiloqram heroinlə yaxalandı (FOTO/VİDEO)
Unibankda yeni təyinat olub
Vaksini ilk növbədə "şəkərim, təzyiqim var" deyənlər vurdurmalıdır - Həkim
Azərbaycan ilkin səhiyyə xidmətinin gücləndirilməsi üçün Türkiyə təcrübəsini öyrənir (FOTO)
Bu il Bakıda Formula 1 zamanı konsert proqramları olmayacaq
Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müraciətlər əsasən bununla bağlı olub
Oralarda işləmək tarix yaratmaq deməkdir - Usta ilə söhbət (FOTO)
Ötən gün ölkədə 33 yanğın olub, 25 nəfər təxliyə edilib
Bütün xəbərlər