Azərbaycan, Bakı, 4 oktyabr /Trend, müxbir E.Mehdiyev/
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Asəf Quliyev partiyadan və Milli Şuradan istefa verib. Bu barədə məlumatı Trend-ə A.Quliyevin özü təsdiqləyib.
Qeyd edək ki, A.Quliyev "facebook" səhifəsindəki statusunda yazıb ki, Milli Şuranın yaranması cəmiyyətdə rəğbət doğurdu:
"Sonradan Şuranın fəaliyyətində nöqsanlara yer verilməsi, daxilli ziddiyyətlər, Milli Şuranı Rusiyanın layihəsi adlandıranların və Şuranın əleyhinə təbliğat aparanların Milli Şuranın işində önə çəkilməsi məndə narahatlıq yaratdı. Düşünürəm ki, 20 ildən artıq seçki məğlubiyyəti və uğursuzluğunu cəmiyyət bizə bağışlamayacaq. Mübarizənin səmimiliyinə inanıb, hər zaman doğrunun yanında oldum... Şübhəsiz ki, yenə də bu yolda olacam. Yuxarıda deyilənləri nəzərə alıb, Milli Şuradan və AXCP-dən istefa verirəm".