Azərbaycan, Bakı, 7 oktyabr / Trend, müxbir S.Əhmədova /
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ATƏT/DTİHB) Azərbaycanda keçiriləcək prezident seçkilərini izləmək üçün göndərdiyi qısamüddətli seçkiləri müşahidə missiyası artıq Bakıdadır. Bu barədə Trend-ə ATƏT/DTİHB-dən bildirilib.
ATƏT/DTİHB-ın qısamüddətli müşahidəçilərinin sayı 280 nəfərdir. Hazırda müşahidəçilərin ölkənin müxtəlif rayonlarına paylanılması prosesi gedir. Sabah müşahidəçilər müşahidə yerləri ilə tanış olacaqlar.
Qeyd edək ki, Azərbaycanda prezident seçkiləri oktyabrın 9-da keçiriləcək.