...

Prezident seçkisində uduzan ADP sədri Sərdar Cəlaloğlu istefa verib

Siyasət Materials 11 Oktyabr 2013 12:06 (UTC +04:00)
Sərdar Cəlaloğlu Azərbaycan Demokrat Partiyasının (ADP) sədrliyindən istefa verib. Bu barədə Trend-ə partiya sədrinin müavini Nurəddin İsmayılov deyib.
Prezident seçkisində uduzan ADP sədri Sərdar Cəlaloğlu istefa verib

Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir E.Mehdiyev/

Sərdar Cəlaloğlu Azərbaycan Demokrat Partiyasının (ADP) sədrliyindən istefa verib. Bu barədə Trend-ə partiya sədrinin müavini Nurəddin İsmayılov deyib.

Onun sözlərinə görə, Azərbaycan Demokrat Partiyasının sədri, partiyadan Prezidentliyinə namizədliyi irəli sürülmüş Sərdar Cəlaloğlu partiya sədri vəzifəsindən istefa etməsi barədə ərizə ilə İcra Aparatına müraciət edib.

Ərizədə deyilir: "Bildirirəm ki, 2005-ci ildə şəxsən mənim irəli sürdüyüm konstruktiv müxalifətçilik kursunu ölkə və beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənmədiyinə görə iflasa uğramış hesab edirəm. 2013-cü il Prezident seçkilərindəki məğlubiyyətin bütün məsuliyyətini öz üzərimə götürürəm. Bunları nəzərə alaraq, ADP-nin üzv və tərəfdarlarının apardığı mübarizəyə kölgə salmamaq məqsədilə partiyanın sədri vəzifəsindən istefa vermək qərarına gəlmişəm. Xahiş edirəm ki, istefama partiyanın nizamnaməsinə uyğun olaraq baxıb müvafiq qərar verəsiniz".

S.Cəlaloğlunun istefa ərizəsinə ADP İdarə Heyətinin növbəti iclasında baxılacaq və müvafiq qərar veriləcək.

Qeyd edək ki, S. Cəlaloğlu Prezident seçkilərində 10 namizəd arasında sonuncu yeri tutmuşdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti