...

Səudiyyə Ərəbistanı: İran Suriya böhranının həllində başlıca rol oynamamalıdır

Siyasət Materials 16 Oktyabr 2013 13:18 (UTC +04:00)
İran Suriya böhranının nizamlanmasında başlıca rol oynamamalıdır.
Səudiyyə Ərəbistanı: İran Suriya böhranının həllində başlıca rol oynamamalıdır

Azərbaycan, Bakı, 16 oktyabr /Trend, müxbir R.Hafizoğlu/

İran Suriya böhranının nizamlanmasında başlıca rol oynamamalıdır. Trend-in "əl-Ərəbiyyə" telekanalına istinadən verdiyi məlumata görə, bunu Səudiyyə Ərəbistanının BMT-dəki səfiri Abdullah əl-Muallimi deyib.

Onun sözlərinə görə, İran Bəşşar Əsəd rejiminin və müxalifətə qarşı vuruşan digər quldur dəstələrin dəstəyindən imtina etməlidir.

Səfir, həmçinin qeyd edib ki, İran "Hizbullah" terror təşkilatından istifadə edərək ərəb ölkələrinin daxili işlərinə qarışır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti