...

Rusiyanın Ermənistandakı bazasına hərbi vertolyotlar gətiriləcək

Siyasət Materials 18 Oktyabr 2013 17:58 (UTC +04:00)
Yaxın günlərdə Rusiyanın Ermənistandakı bazasına yeni vertolyotlar gətiriləcək. Trend-in "Armenia Today" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə açıqlamasında Ermənistanda Rusiya aviasiyasının komandanı Aleksandr Petrov bildirib.
Rusiyanın Ermənistandakı bazasına hərbi vertolyotlar gətiriləcək

Azərbaycan, Bakı, 18 oktyabr /Trend/

Yaxın günlərdə Rusiyanın Ermənistandakı hərbi bazasına yeni vertolyotlar gətiriləcək. Trend-in "Armenia Today" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə açıqlamasında Ermənistanda Rusiya aviasiyasının komandanı Aleksandr Petrov bildirib.

Onun sözlərinə görə, Ermənistanda Rusiya aviabazasının modernləşdirilməsi və genişləndirilməsi ilə bağlı sazişlər var və bu istiqamətdə işlər görülür: Yaxın vaxtlarda bazaya yeni hərbi vertolyotlar gətiriləcək, MiQ-29 döyüş təyyarələri isə modernləşdiriləcək".

Polkovnik bildirib ki, aviabazada lazımi şərait olmadığına görə Ermənistanda yalnız təlim uçuşları həyata keçirilib, döyüş tapşırıqları isə Rusiyada yerinə yetirilib. Lakin yaxın vaxtlarda Rusiyanın Ermənistandakı bazası Ermənistan Müdafiə Nazirliyinin Armavirdə yerləşən "Baqramyan" atəş meydanında döyüş təlimləri keçmək imkanı əldə edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti