...

Azərbaycan Parlamenti Artur Rasi-zadənin Baş nazir vəzifəsinə namizədliyini təsdiqləyib (ƏLAVƏ OLUNUB 3)

Siyasət Materials 22 Oktyabr 2013 12:05 (UTC +04:00)
Milli Məclis məsələni səsə qoyaraq Artur Rasi-zadənin Baş nazir vəzifəsinə namizədliyini təsdiq edib. Belə ki, Milli Məclis 112 nəfər lehinə, 2 nəfər əleyhinə olmaqla, A. Rəsizadəni baş nazir postuna təsdiqləyib.
Azərbaycan Parlamenti Artur Rasi-zadənin Baş nazir vəzifəsinə namizədliyini təsdiqləyib (ƏLAVƏ OLUNUB 3)

Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir M.Əliyev/

Milli Məclisin çərşənbə axşamı keçirilən iclasında Artur Rasi-zadənin Baş nazir vəzifəsinə namizədliyi müzakirə edilib. Trend-in məlumatına görə, bu barədə Milli Məclisin çərşənbə axşamı keçirilən iclasında spiker Oqtay Əsədov bildirib.

Milli Məclis məsələni səsə qoyaraq Artur Rasi-zadənin Baş nazir vəzifəsinə namizədliyini təsdiq edib. Belə ki, Milli Məclis 112 nəfər lehinə, 2 nəfər əleyhinə olmaqla, A. Rəsizadəni baş nazir postuna təsdiqləyib.

O.Əsədov çıxışında bildirib ki, oktyabrın 9-da ölkədə keçirilən seçkilərdə Azərbaycan xalqı öz inkişafına, gələcəyinə səs verdi, İlham Əliyevi prezident seçdi.

Spiker vurğulayıb ki, andiçmə mərasiminin Milli Məclisdə keçirilməsi dövlət başçısının ölkənin qanunverici orqanına verdiyi qiymətdən xəbər verir.

Milli Məclis Sədrinin təşəbbüsü ilə Parlament Prezident İlham Əliyevə təbrik məktubu hazırlanıb göndəriləcək.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi haqqında Sərəncam imzalamışdır.

Prezident Azərbaycan Respublikası Konstitusiyasının 116-cı maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin istefa verməsini nəzərə alaraq qərara alıb ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi formalaşdırılanadək Azərbaycan Respublikası Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi Nazirlər Kabinetinin əvvəlki tərkibinə həvalə edilsin.

Xatırladaq ki, Azərbaycan Respublikasının Baş nazirini Azərbaycan Respublikası Milli Məclisinin razılığı ilə Azərbaycan Respublikasının Prezidenti təyin edir.

Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə namizədlik haqqında təklifi Azərbaycan Respublikasının Prezidenti onun öz vəzifələrinin icrasına başladığı gündən bir ay və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin istefa verdiyi gündən iki həftə müddətindən gec olmayaraq Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə təqdim edir.

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə namizədlik haqqında qərarı həmin namizədliyin təqdim edildiyi gündən bir həftədən gec olmayaraq qəbul edir. Göstərilən qayda pozularsa və ya Azərbaycan Respublikası Prezidentinin təqdim etdiyi namizədlərin Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin olunmasına üç dəfə razılıq verilməzsə, Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Baş nazirini Azərbaycan Respublikası Milli Məclisinin razılığı olmadan təyin edə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti