...

SAM "Azərbaycanda Araşdırma və Beyin Mərkəzləri" adlı yeni kitab nəşr edib

Siyasət Materials 22 Oktyabr 2013 14:44 (UTC +04:00)
Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin "Azərbaycanda Araşdırma və Beyin Mərkəzləri (yaranması, inkişafı və perspektivləri)" adlı yeni nəşri çapdan çıxıb.
SAM "Azərbaycanda Araşdırma və Beyin Mərkəzləri" adlı yeni kitab nəşr edib

Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin "Azərbaycanda Araşdırma və Beyin Mərkəzləri (yaranması, inkişafı və perspektivləri)" adlı yeni nəşri çapdan çıxıb.

SAM-nan Trend-ə verilən məlumata görə, müəlliflərinin Fərhad Məmmədov və Tahirə Allahyarova, elmi redaktor və ön söz müəllifinin siyasi elmlər üzrə fəlsəfə doktoru Elnur Aslanovun olduğu kitabda, həmçinin Azərbaycanda qeyd edilən mərkəzlər haqda məlumat ingilis dilində də öz əksini tapıb.

Bu nəşrdə Strateji Araşdırmalar Mərkəzinin apardığı və Azərbaycanda Araşdırma və Beyin Mərkəzlərinin, ölkənin mövcud "beyin potensialı"nın reallığı haqqında aydın mənzərənin yaradılmasına imkan verən tədqiqatın nəticələri ictimaiyyətə təqdim edilib.

Kitabda beş fəsildə "Araşdırma və Beyin Mərkəzi institutu: yaranması və inkişafının tədqiqi məsələləri"; "Araşdırma və Beyin Mərkəzlərinin fəaliyyətinin qiymətləndirmə metodologiyası və meyarları (Qlobal "beyin mərkəzi" reytinqi, Regional səviyyəli, Lokal (milli) səviyyəli reytinqlər); "ABM-lərin fəaliyyətinin dəyərləndirilməsinin meyarları"; "Azərbaycanda Araşdırma və Beyin Mərkəzlərinin ümumi mənzərəsi: yaranması, xüsusiyyətləri, təsnifatı, statusu və perspektivləri"; "Azərbaycanda qeyri-dövlət yönlü Araşdırma və Beyin Mərkəzləri vəziyyəti və fəaliyyət istiqamətləri, maliyyə, kadr, təşkilati və intellektual resursları"; "Yekunlar . Tövsiyələrnin gələcəyi: mümkün ssenarilər və proqnozlar " kimi aktual mövzular təhlil edilib.

Azərbaycanda Araşdırma və Beyin Mərkəzlərinə həsr edilmiş fəsildə: "Azərbaycanda ABM-lərinin tipologiyası və təsnifatının verilməsinə cəhd edilmiş, dövlət yönlü, universitetlərin və partiyaların nəzdində fəaliyyət göstərən ABM-lər, Azərbaycanda qeyri-dövlət yönlü Araşdırma və Beyin Mərkəzləri, ictimai-siyasi, sosial-iqtisadi sahədə fəaliyyət göstərən mərkəzlər, regional prosesləri təhlil edən, təhlükəsizlik və hərbi sahədə fəaliyyət göstərən və nəhayət ekoloji sahədə fəaliyyət göstərən ABM-ləri haqda araşdırmanın nəticələri haqda məlumat verilib.

Kitabın əsas məqsədi, ölkəmizdə elmə və biliyə əsaslanan cəmiyyətin qurulması, analitik araşdırma mərkəzlərinin dövlətçiliyin inkişafına töhfəsinin artırılması kimi tələbata cavab olaraq bu sahədə mövcud olan qurumlara dair cəmiyyətdə adekvat təsəvvürlərin olmasını təmin etməyə xidmət etməkdir.

Kitab bəhs edilən auditoriya, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti