...

Saakaşvili prezident seçkilərində "Gürcü arzusu" namizədinin qələbəsini tanıdı

Siyasət Materials 27 Oktyabr 2013 22:42 (UTC +04:00)
Gürcüstan Prezidenti Mixail Saakaşvili hakim "Gürcü arzusu" koalisiyasının namizədi Giorgi Marqvelaşvilinin prezident seçkilərində qələbəsini tanıyıb.
Saakaşvili prezident seçkilərində "Gürcü arzusu" namizədinin qələbəsini tanıdı

Gürcüstan, Tbilisi, 27 oktyabr /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan Prezidenti Mixail Saakaşvili hakim "Gürcü arzusu" koalisiyasının namizədi Giorgi Marqvelaşvilinin prezident seçkilərində qələbəsini tanıyıb.

Trend-in məlumatına görə, M.Saakaşvili xalqa müraciətində deyib: "Gürcüstanda seçkilər keçirildi və ölkə yeni prezidentini seçdi. Mən bütün seçicilərə təşəkkür etmək istəyirəm, bütün seçkilər demokratiyanın inkişafına xidmət edir və seçicilər öz sözlərini dedilər. Mən seçkinin nəticələrindən narazı qalanlara demək istəyirəm: biz əksəriyyətin seçiminə hörmət etməliyik".

Qeyd edək ki, "exit-poll"un nəticəsinə əsasən, seçkilərdə 66,7 faiz səslə hakim "Gürcü arzusu" koalisiyasının namizədi Giorgi Marqvelaşvili qələbə qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti