...

İran və Qazaxıstan hərbi dəniz qüvvələri potensial əməkdaşlıq prespektivlərini müzakirə edirlər

Siyasət Materials 29 Oktyabr 2013 11:39 (UTC +04:00)
İran və Qazaxıstan hərbi dəniz qüvvələri komandirləri iki ölkə arasında potensial əməkdaşlıq prespektivlərini müzakirə edirlər. Trend-in məlumatına görə, bu barədə İRNA agentliyi məlumat verir.
İran və Qazaxıstan hərbi dəniz qüvvələri potensial əməkdaşlıq prespektivlərini müzakirə edirlər

Azərbaycan, Bakı, 29 oktyabr /Trend, müxbir T.Cəfərov/

İran və Qazaxıstan hərbi dəniz qüvvələri komandirləri iki ölkə arasında potensial əməkdaşlıq prespektivlərini müzakirə edirlər. Trend-in məlumatına görə, bu barədə İRNA agentliyi məlumat verir.

Məlumata əsasən, Qazağıstan Hərbi Dəniz Qüvvələri komandanı Jandarbek Janzakov bu gün səhər Tehranda İran Hərbi Dəniz Qüvvələrinin baş komandanı kontr-admiral Həbibullah Səyyari ilə görüşüb. Görüşdə iki ölkənin hərbi dəniz qüvvələrinin xüsusilə Xəzər dənizində əməkdaşlıqlarının artırılması məsələsi müzakirə olunub.

Qazaxıstan Hərbi Dəniz Qüvvələri komandanı Jandarbek Janzakov İranda səfərdə olduğu müddətdə İran Hərbi Dəniz Qüvvələrinin əldə etdiyi son texnologiyalarla tanış olacaq,təlim mərkəzlərinə baxış keçirəcək. J.Janzakov, həmçinin İranın Gilan əyalətinə səfər edərək Xəzər dənizində fəaliyyət göstərən Ənzəli dördüncü hərbi dəniz briqadasına baxış keçirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti