...

İlham Əliyev AŞ PA-nın sabiq prezidenti Rene Van der Lindeni qəbul edib

Siyasət Materials 31 Oktyabr 2013 17:04 (UTC +04:00)
Oktyabrın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sabiq prezidenti, Azərbaycan-Niderland Dostluq Cəmiyyətinin sədri Rene Van der Lindeni qəbul etmişdir.
İlham Əliyev AŞ PA-nın sabiq prezidenti Rene Van der Lindeni qəbul edib

Azərbaycan, Bakı, 31 oktyabr /Trend/

Oktyabrın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sabiq prezidenti, Azərbaycan-Niderland Dostluq Cəmiyyətinin sədri Rene Van der Lindeni qəbul etmişdir.

Avropa Şurası Parlament Assambleyasının sabiq prezidenti, Azərbaycan-Niderland Dostluq Cəmiyyətinin sədri Rene Van der Linden İlham Əliyevi yenidən Azərbaycan Prezidenti seçilməsi münasibətilə təbrik etdi.

Görüşdə ölkələr və xalqlar arasında humanitar və mədəni əlaqələrin daha da möhkəmləndirilməsi baxımından Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyəti qeyd edildi.

Söhbət zamanı Azərbaycan ilə Niderland arasında iqtisadi, biznes, təhsil və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirildi və Hollandiya şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdikləri vurğulandı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti