...

İraqda parlament seçkilərinin vaxtı açıqlandı

Siyasət Materials 5 Noyabr 2013 03:19 (UTC +04:00)
Trend Türkiyənin "Anadolu" agentliyinə istinadən məlumat verir ki, ölkə Prezidenti Cəlal Tələbaninin müalicə üçün xaricdə olması səbəbindən bu barədə qərar köməkçisi Xudeyr əl-Xəzai tərəfindən açıqlanıb.
İraqda parlament seçkilərinin vaxtı açıqlandı

Azərbaycan, Bakı, 5 noyabr /Trend/

İraq hökuməti parlament seçkilərinin 2014-cü il aprelin 30-da keçiriləcəyini elan edib.

Trend Türkiyənin "Anadolu" agentliyinə istinadən məlumat verir ki, ölkə Prezidenti Cəlal Tələbaninin müalicə üçün xaricdə olması səbəbindən bu barədə qərar köməkçisi Xudeyr əl-Xəzai tərəfindən açıqlanıb.

Bununla belə, siyasi qruplar arasında fikir ayrılığı üzündən hələ də "Seçki haqqında" yeni qanunun hazırlanmadığı bildirilir.

Parlament sədri Üsamə ən-Nüceyfi İraq Məclisindəki qrupların yeni qanunla bağlı ortaq məxrəcə gəlməyəcəyi təqdirdə, hazırkı qanunun əsas götürüləcəyini qeyd edib.

İraq kürd administrasiyasının rəhbəri Məsud Bərzani isə bu məsələ ilə bağlı daha əvvəlki açıqlamasında demişdi ki, yeni qanun qəbul edilməzsə, seçkiləri boykot edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti