...

Baş prokuror istefa verdi

Siyasət Materials 7 Noyabr 2013 13:22 (UTC +04:00)
Gürcüstanın Baş prokuroru Arçil Kbilaşvili istefa verib. Trend-in məlumatına görə, bu barədə o, cümə axşamı xüsusi brifinqdə bəyan edib.
Baş prokuror istefa verdi

Azərbaycan, Bakı, 7 noyabr /Trend/

Gürcüstanın Baş prokuroru Arçil Kbilaşvili istefa verib. Trend-in məlumatına görə, bu barədə o, cümə axşamı xüsusi brifinqdə bəyan edib.

Kbilaşvili bildirib ki, onun istefası yaxın vaxtlarda öz postunu tutacaq yeni Baş nazir İrakli Qaribaşvili ilə bağlı deyil: "Biz bir çox vaxtlarda birlikdə çalışmışıq, cinayətkarlarla mübarizə tədbirlərini işləyib hazırlamışıq. Lakin, əlbəttə, aramızda fikir ayrılıqları var ki, bu da təbiidir. Lakin mənim istefam bununla bağlı deyil".

Baş prokuror bildirib ki, bir il ərzində o, prokurorluğun liberallaşdırılmasını həyata keçirmək və total terror sisteminin dəyişdirilməsi üçün hər şeyi edib. O qeyd edib ki, bədnam "koabitasiyalaşma" dövrünün prokuroru olub və bu, onun fəaliyyətində əks olunub.

Kbilaşvili bəyan edib ki, onun istefası bir çox halda Baş nazir Bidzina İvanişvilinin istefası ilə şərtlənir, odur ki, ictimai sektorda onunla birlikdə dayanmaq niyyətindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti