...

Prezident Administrasiyasının şöbə müdiri: Rusiyada baş verən hadisələr Azərbaycanı narahat edir

Siyasət Materials 11 Noyabr 2013 11:51 (UTC +04:00)
"Rusiyada baş verən hadisələr Azərbaycanı narahat edir. Rusiyada müxtəlif millətçi qruplar tərəfindən həyata keçirilən bu proseslər bizim diqqət mərkəzimizdədir".
Prezident Administrasiyasının şöbə müdiri: Rusiyada baş verən hadisələr Azərbaycanı narahat edir

Azərbaycan, Bakı, 11 noyabr /Trend, müxbir E.Mehdiyev/

"Rusiyada baş verən hadisələr Azərbaycanı narahat edir. Rusiyada müxtəlif millətçi qruplar tərəfindən həyata keçirilən bu proseslər bizim diqqət mərkəzimizdədir". Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov son vaxtlar Rusiyada azərbaycanlılara qarşı baş verən olaylara münasibət bildirərkən deyib.

E.Aslanov bildirib ki, Azərbaycan rəsmiləri artıq bununla bağlı öz mövqelərini də bildiriblər: "Sevindirici hal isə odur ki, Rusiyanın dövlət başçısı Vladimir Putin bu hadisə ilə bağlı dəfələrlə öz narahatlığını bildirir. Hətta Rusiya Dövlət Dumasına da öz narazılığını bildirib. Bu da onu göstərir ki, Rusiya dövləti də bu olayların aradan qaldırılmasında daha maraqlıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti