...

Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana rəsmi səfəri başlayıb

Siyasət Materials 20 Noyabr 2013 17:33 (UTC +04:00)
Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko noyabrın 20-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana rəsmi səfəri başlayıb

Azərbaycan, Bakı, 20 noyabr /Trend/

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko noyabrın 20-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Trend-in məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonu Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov və digər rəsmi şəxslər qarşıladılar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti