...

Avropa Komissiyası: Rusiyanın Aİ və Ukrayna arasında assosiasiya üzrə danışıqlara qoşulması istisna edilir

Siyasət Materials 29 Noyabr 2013 16:15 (UTC +04:00)
Rusiyanın Avropa İttifaqı (Aİ) və Ukrayna arasında assosiasiya haqqında danışıqlara qoşulması tamamilə qəbuledilməzdir.
Avropa Komissiyası: Rusiyanın Aİ və Ukrayna arasında assosiasiya üzrə danışıqlara qoşulması istisna edilir

Azərbaycan, Bakı, 29 noyabr /Trend/

Rusiyanın Avropa İttifaqı (Aİ) və Ukrayna arasında assosiasiya haqqında danışıqlara qoşulması tamamilə qəbuledilməzdir. Trend-in cümə günü İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bunu Avropa Komissiyasının sədri Xose Manuel Barrozu Vilnüsdə III "Şərq tərəfdaşlığı" sammitinin yekunlarına həsr edilmiş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, söhbət Aİ ilə Ukrayna arasındakı ikitərəfli sazişdən gedir: "Biz bu danışıqlara üçüncü ölkəni necə cəlb edə bilərik? Biz üçüncü iştirakçı tərəfindən vetonun qoyulmasına yol verə bilmərik".

Bununla belə, X.M.Barrozu enerji təhlükəsizliyi problemləri daxil olmaqla, ayrı-ayrı enerji məsələləri üzrə Rusiya-Ukrayna-Aİ üçtərəfli danışıqlarının keçirilməsini istisna etməyib: "Biz iqtisadiyyat, ticarət və ya enerji kimi ayrı-ayrı sahələr haqqında fikir mübadiləsi apara bilərik. Aİ Ukrayna ilə belə danışıqlara hazırdır. Lakin Rusiyanın assosiasiyalar haqqında danışıqlar formatına qoşulması tam istisna edilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti