...

Bu ilin 11 ayında Silahlı Qüvvələrin Yardım Fonduna yığılan vəsaitin həcmi açıqlanıb

Siyasət Materials 2 Dekabr 2013 12:08 (UTC +04:00)
Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna yığılan vəsait 11 ay ərzində 48 988 202 AZN təşkil edib. Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Bu ilin 11 ayında Silahlı Qüvvələrin Yardım Fonduna yığılan vəsaitin həcmi açıqlanıb

Azərbaycan, Bakı, 2 dekabr /Trend, müxbir İ.İzzət/

Azərbaycan Silahlı Qüvvələrin Yardım Fonduna yığılan vəsait 11 ay ərzində 48 988 202 AZN təşkil edib. Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Dekabrın 1-i tarixinə fondun bank hesabına toplanmış vəsait 48 988 202 AZN, 211 791 ABŞ dollar və 593 Avro təşkil edib.

Qeyd edək ki, noyabrın 1-nə olan göstərici - 47 586 569 manat, 211 791 ABŞ dolları, 593 Avro təşkil edib.

Xatırladaq ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Prezidentinin 17 avqust 2002-ci il tarixli sərəncamı ilə yaradılıb. Sərəncama əsasən, Silahlı Qüvvələrə Yardım Fondu respublika ərazisində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərdən könüllü olaraq daxil olan vəsait və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalar hesabına formalaşır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti