...

Türkmənistanın Bakıdakı səfirliyində seçki məntəqəsi açılıb (FOTO)

Siyasət Materials 5 Dekabr 2013 18:23 (UTC +04:00)
Dekabrın 5-də Bakıda Türkmənistanın Azərbaycan səfirliyində ölkə vətəndaşlarının Məclisə (parlament) deputat seçkilərində erkən səs verməsi üçün 1 saylı seçki məntəqəsi açılıb.
Türkmənistanın Bakıdakı səfirliyində seçki məntəqəsi açılıb (FOTO)

Azərbaycan, Bakı, 5 dekabr /Trend, müxbir V.Javoronkova/

Dekabrın 5-də Bakıda Türkmənistanın Azərbaycan səfirliyində ölkə vətəndaşlarının Məclisə (parlament) deputat seçkilərində erkən səs verməsi üçün 1 saylı seçki məntəqəsi açılıb. Məclisə seçkilər dekabrın 15-də keçirilməlidir.

Türkmənistanın Azərbaycandakı səfiri Toyli Komekov seçki məntəqəsinin açılışında bildirib ki, Türkmənistan vətəndaşları seçkilərdə iştirak etməklə aparılan demokratik islahatlar kursuna tam dəstəklərini ifadə edirlər və bu, hər kəsin müstəqil və neytral Türkmənistanın gələcəkdə çiçəklənməsinə töhfəsi olacaq.

T. Komekov qeyd edib ki, bu ilin oktyabrında Türkmənistan Xarici İşlər Nazirliyinin təqdimatı üzrə ölkənin Azərbaycandakı səfirliyində seçki məntəqəsinin yaradılmasına və dünya standartlarına uyğun hər cür şəraitin təmin edilməsinə dair qərar qəbul edilib.

Azərbaycanda yaşayan bir çox Türkmənistan vətəndaşı, o cümlədən türkmən tələbələr Məclisə deputat seçkilərində iştirak etməyə hazır olduqlarını göstəriblər.

Seçicilər Türkmənistanın seçki sisteminin ümumi müddəaları, Məclisə deputat seçkiləri haqqında məcəllə, Məclisə deputat seçkilərinin keçirilməsi haqqında vəziyyətlə tanış olduqdan sonra erkən səsverməyə başlayıblar.

Qeyd edək ki, Türkmənistan Məclisinin qərarına əsasən, 15 dekabr 2013-cü il Türkmənistanda Məclis seçkiləri günü elan edilib.

Azərbaycan ərazisində müvəqqəti və daimi yaşayan Türkmənistan vətəndaşları üçün Türkmənistanın Azərbaycandakı səfirliyi nəzdində Cəlil Məmmədquluzadə küç., ev 85, mən. 266/266a ünvanında 1 saylı seçki məntəqəsi yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti