...

Azərbaycan ötən il baş vermiş Hayyan qasırğasının fəsadlarının aradan qaldırılması üçün Filippinə yardım edib

Siyasət Materials 10 Yanvar 2014 16:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 yanvar /Trend, müxbir S.Əhmədova/

Ötən il Filippində baş vermiş Hayyan qasırğasının fəsadlarının aradan qaldırılması məqsədilə Azərbaycan hökuməti bu ölkəyə 200 min ABŞ dolları məbləğində vəsait ayırıb.

Trend-in Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, sözügedən vəsait BMT-nin Ümumdünya Ərzaq Proqramının Filippində həyata keçirdiyi humanitar yardım proqramları vasitəsilə zərərçəkmiş əhalinin əsas qida ehtiyaclarının qarşılanmasına sərf ediləcək.

Xatırladaq ki, Hayyan qasırğası 2013-cü ilin 8 noyabr tarixində baş vermişdi. Təbii fəlakət Filippində minlərlə insanın tələfatı və yüzlərlə evin tamamilə dağılması, qida, su və digər ilkin ehtiyac məhsullarında kəskin şəkildə qıtlığa səbəb olmuşdu.

Yaranmış humanitar böhranın miqyasını nəzərə alaraq, təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə Filippin hökuməti və BMT beynəlxalq ictimaiyyətə birgə müraciət edib. Bu müraciətə cavab olaraq, dünyanın bir çox ölkələri və beynəlxalq təşkilatları ilə yanaşı, Azərbaycan da Filippinə yardım göstərib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti