...

Allahşükür Paşazadənin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Türkmənistana yola düşüb

Siyasət Materials 13 Yanvar 2014 14:51 (UTC +04:00)
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə nümayəndə heyəti Türkmənistan tərəfinin dəvəti ilə yanvarın 13-də Aşqabada yola düşüb.
Allahşükür Paşazadənin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Türkmənistana yola düşüb

Azərbaycan, Bakı, 13 yanvar /Trend, müxbir İ.İzzət/

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə nümayəndə heyəti Türkmənistan tərəfinin dəvəti ilə yanvarın 13-də Aşqabada yola düşüb. QMİ-nin mətbuat xidmətindən Trend-ə daxil olan məlumata görə, 13-16 yanvar tarixlərində baş tutacaq səfərdən məqsəd Azərbaycan və Türkmənistan xalqları arasında mövcud tarixi-mənəvi əlaqələrin, qardaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsidir.

QMİ sədrinin rəhbərlik etdiyi nümayəndə heyətinin Türkmənistanda yüksək səviyyədə bir sıra görüşlər, o cümlədən, Türkmənistan Parlamentinin, Xarisi İşlər Nazirliyinin, Ağsaqqallar Şurasının, Dini məsələlər üzrə Komitəsinin rəhbərliyi və b. ilə görüşlər keçirəcəyi nəzərdə tutulur.

Səfər çərçivəsində Türkmənistan Respublikasının paytaxtı Aşqabadda və Marı şəhərində tarixi-mədəni abidələr, məscidlər ziyarət olunacaqdır.

QMİ sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti tərkibində Türkmənistana Azərbaycan Milli Məclisinin deputatları - Azərbaycan Ağsaqqallar Şurasının sədri, Türkdilli Dövlətlərin Ağsaqqallar Şurasının Rəyasət Heyətinin üzvü Fəttah Heydərov, Mübariz Qurbanlı və Cavanşir Paşazadə, QMİ sədrinin birinci müavini Müfti Salman Musayev, ANS Şirkətlər qrupunun prezidenti Vahid Mustafayev və b. səfər edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti