Azərbaycan, Bakı, 14 yanvar /Trend/
Banqkokda hökumət əleydarları Tailandın Baş naziri Yinqlak Çinavatı girov götürməklə və bütün hökumət qurumlarını bağlayacaqları ilə hədələyiblər.
Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, müxalifət lideri Suthep Thauqsuban Baş naziri və nazirləri girov götürəcəyinə dair söz verib: "Bunun baş verməməsi üçün nazirlər istefa verməlidirlər".
Qeyd edək ki, Tailand müxalifəti dünəndən etibarən hökumət əleyhinə genişmiqyaslı etiraz aksiyalarına başlayıb. Məqsəd dövlət qurumlarının fəaliyyətini dayandırmaq, nəqliyyatın hərəkətini iflic etməkdir.