...

Əhməd Davudoğlu: Demokratiyanın gücləndirilməsi Türkiyə üçün prioritet məsələdir

Siyasət Materials 18 Yanvar 2014 13:24 (UTC +04:00)
Türkiyədə demokratiyanın gücləndirilməsi ölkə üçün prioritet məsələdir.
Əhməd Davudoğlu: Demokratiyanın gücləndirilməsi Türkiyə üçün prioritet məsələdir

Azərbaycan, Bakı, 18 yanvar /Trend, müxbir R.Hafizoğlu/

Türkiyədə demokratiyanın gücləndirilməsi ölkə üçün prioritet məsələdir. Trend-in şənbə günü "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ölkə diplomatlarının növbəti konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Türkiyə hökuməti ölkədə demokratiyanın gücləndirilməsi üçün artıq 11 ildir mümkün olan hər şeyi edir.

Ə.Davudoğlu qeyd edib ki, dünyanın heç bir ölkəsi güclü demokratiya olmadan normal inkişaf edə bilməz: "Ankara üçün önəmli olan vətəndaşların öz dövlətinə güvənməsidir. Hökumət ölkənin insan resurslarına dəyər verir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti