...

Marqvelaşvili Azərbaycan-Gürcüstan-Türkiyə transmilli layihələrini yüksək qiymətləndirib

Siyasət Materials 20 Yanvar 2014 17:04 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 20 yanvar /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan Prezidenti Georgi Marqvelaşvili Azərbaycan-Gürcüstan-Türkiyə transmilli layihələrini yüksək qiymətləndirib.

G.Marqvelaşvili Ankarada Türkiyə Prezidenti Abdullah Güllə birgə keüçirilən mətbuat konfransında bildirib ki, Azərbaycan, Gürcüstan və Türkiyənin birgə layihələri region sərhədlərini aşır və faktiki olaraq ümumilikdə Avrasiya layihələridir.

Qeyd edək ki, bu gün Ankarada bir araya gələn Türkiyə və Gürcüstan prezidentləri müxtəlif istiqamətlərdə qarşılıqlı əməkdaşlığın aktual məsələlərini müzakirə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti